Müştərilərin nəzərinə!   “Azpetrol” şirkətindən daha bir yenilik.

Müştərilərin nəzərinə! “Azpetrol” şirkətindən daha bir yenilik.

19.01.2024

“Azpetrol" şirkəti yeniliklər etməyə davam edir. Belə ki, Azpetrol kart sistemi banka inteqrasiya olunub. Siz kartlarda əməliyyat aparmaq üçün Azpetrol hesabına (Bank köçürmələri) köçürdüyünüz vəsait, kart sistemindəki müştəri hesabına avtomatik köçürüləcək. Bunun üçün sizdən xahiş olunur ki, banka köçürmə edərkən qeyd yerinə Azpetrol kart sistemində olan müştəri nömrənizi qeyd edib, ara məsafə buraxaraq lazım olan qeydi yaza və ya yazmaya bilərsiz. Qeyd edək ki, müştəri nömrəsinin düzgün yazılması vacibdir. Müştəri nömrəsini kart sistemində şəxsi kabinetinizə daxil olaraq, “Müştərilər” menyusunu seçdikdən sonra görə bilərsiz. Daha ətraflı məlumatlarla şəxsi kabinetinizdə tanış ola bilərsiz.