ƏMƏYİN MÜHAFİZƏSİ
"Azpetrol" şirkətinin əməyin mühafizəsi və təhlükəsizlik siyasəti dövlətin bu sahədə mövcud strategiyasına tam uyğun şəkildə hazırlanaraq qəbul edilmiş, Şirkətin hər bir obyekti üçün müvafiq texniki pasport hazırlanmışdır. Həmçinin Şirkət birgə layihələr həyata keçirdiyi bir neçə müəssisə ilə ƏMTQ (Ətraf mühitə təsirin qiymətləndirilməsi) üzrə əməkdaşlıq edir.
"Azpetrol" MMC-nin əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində apardığı siyasət əsas etibarı ilə aşağıdakıları əhatə edir:
― Əməkdaşların əmək məhsuldarlığının artırılmasına imkan verən təhlükəsiz iş şəraiti ilə təmin olunması;
― Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının mütəmadi olaraq təkmilləşdirilməsi, onların tələblərinə ciddi riayət olunmasına nəzarətin təmin edilməsi;
― Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının daima müvafiq dövlət və beynəlxalq standartlara cavab verən səviyyədə saxlanılması;
― Texnoloji avadanlıqların etibarlılığının artırılması, təhlükəsiz və qəzasız işin təmin olunması hesabına işin keyfiyyətinin yüksəldilməsi;
― Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə yarana biləcək mümkün problemlərin müəyyən edilərək aradan qaldırılmasına yönəlmiş tədbirlərin hazırlanaraq həyata keçirilməsi;
― Şirkətin obyektlərində müasir texnologiyalar tətbiq etməklə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi.
Sağlamlıq, Təhlükəsizlik, və Ətraf Mühit siyasəti
― Şirkətin məqsədi hər zaman təhlükəsiz, sağlam iş şəraitinin yaradılması, saxlanması və ətraf mühitin mühafizəsidir.
― Şirkət başa düşür ki, işçilərin təhlükəsizliyi və sağlamlığı üçün Şirkətin məsuliyyəti onun öz işçilərinin, sub-podratçılarının və onların işçilərinin, sifarişçilərinin, sahibkarların və onların işçilərinin iştirak etdiyi tərəfdaşlığın sabit və davamlı səylərini tələb edir.
― Şirkətin öz işçilərinin və qrupun fəaliyyətinin təsirinə məruz qalmış başqalarının təhlükəsizliyinin və sağlamlığının mühafizəsi və yaxşılaşdırılması üçün bütün qanunda tələb olunan və ümumilikdə qəbul olunmuş iş təcrübələrinə və prosedurlarına riayət edir.
― Şirkət istehsalat sahəsi üçün nəzərdə tutulmuş bütün təhlükəsizlik, sağlamlıq standartlarına, iş normalarına və prosedurlarına riayət edir.
― Şirkət sağlamlığın mühafizəsi və ekoloji proqramın inkişafının yayılmasını həyata keçirilməsinə, səmərəliliyinə, yaxşılaşdırılmasına yardım göstərir və gücləndirir.
― Şirkət kollektiv öhdəliklər üzrə hər bir tərəfdaşın insanların əzab çəkməsinin qarşısını almaq və xəstəlik hallarının qarşısının alınmasında nümunəvi rəhbərlik yolu ilə qrupun məqsədlərinə çatdığına əmin olmaq üçün tez-tez auditlər həyata keçirir.
― Şirkətin son (ən əsas) məqsədi bədbəxt hadisələrin, yaralanma hallarının qarşısının alınması və ətraf mühitin qorunmasıdır.
― Rəhbərlik bədbəxt hadisələrin qarşısının alınmasının və hər işçinin sağlamlığının və təhlükəsizliyinin qorunmasını işlərlə bağlı hər hansı digər əməliyyatlardan və inzibatı funksiyalardan yüksək tutur.
― Bütün səviyyələrdə işçilər təhlükəli davranışdan irəli gələn insan əzabının və itkilərin qarşısını almaq məqsədilə ən yüksək standartlara riayət etməklə qrupun təhlükəsizlik, sağlamlıq və ekoloji siyasətini həyata keçirmək üçün fasiləsiz və səylə işləyirlər.
KEYFİYYƏTƏ NƏZARƏT
"Azpetrol" şirkəti özündə üç istiqaməti - keyfiyyətin idarə olunması sistemini (ISO-9001), ətraf mühitin mühafizəsini (ISO - 14001), əməyin mühafizə və təhlükəsizlik texnikasını (OHSAS - 18001) əks etdirən birləşmiş sistemin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirmişdir.
14 aprel 2014-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən tədbirdə «Beynəlxalq standartlar - Standartlaşdırma üzrə beynəlxalq təşkilat»ın (ISO - International Organization for Standardization) Türkiyədəki rəsmi nümayəndəsi Mətin Duran tərəfindən «Azpetrol LTD» MMC-yə ISO 9001:2008 «Keyfiyyəti İdarəetmə Sistemləri», ISO 14001 «Ətraf Mühiti İdarəetmə Sistemləri» və OHSAS:18001 «Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemləri» üzrə sertifikatlar təqdim edilmişdir.
KEYFİYYƏTƏ NƏZARƏT
"Azpetrol" şirkəti özündə üç istiqaməti - keyfiyyətin idarə olunması sistemini (ISO9001:2015), ətraf mühitin mühafizəsini (ISO 14001:2015), əməyin mühafizə və təhlükəsizlik texnikasını (İSO 45001:2018) əks etdirən birləşmiş sistemin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirmişdir.
14 aprel 2014-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən tədbirdə «Beynəlxalq standartlar - Standartlaşdırma üzrə beynəlxalq təşkilat»ın (ISO - International Organization for Standardization) Türkiyədəki rəsmi nümayəndəsi Mətin Duran tərəfindən «Azpetrol LTD» MMC-yə ISO 9001:2015 «Keyfiyyəti İdarəetmə Sistemləri», ISO 14001:2015 «Ətraf Mühiti İdarəetmə Sistemləri» və 15 oktaybr 2020-ci ildə İSO 45001:2018 «Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemləri» üzrə sertifikatlar təqdim edilmişdir.