“Azpetrol” şirkəti Ramazan Bayramı münasibətilə xeyriyyə tədbiri təşkil edib

“Azpetrol” şirkəti Ramazan Bayramı münasibətilə xeyriyyə tədbiri təşkil edib

20.04.2023

“Azpetrol” şirkətinin təşəbbüsü və korporativ sosial məsuliyyət öhdəliklərinin icrası çərçivəsində Ramazan Bayramı münasibətilə ərzaq yardımları paylanılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı ilə birgə həyata keçirilən xeyriyyə tədbiri paytaxt ərazisində yaşayan şəhid ailələrini əhatə edib. Bundan əlavə bayram payları “Azpetrol” şirkətinin Vətən Müharibəsində şəhid olmuş dörd əməkdaşının ailələrinə də çatdırılıb. “Azpetrol” şirkəti Vətən Müharibəsində şəhid olanların ailələrini və Qarabağ qazilərini daim diqqət mərkəzində saxlayır, yardımlar edir.