Azpetrol” şirkəti sayca 101-ci Modul tipli YDM istifadəyə verdi

Azpetrol” şirkəti sayca 101-ci Modul tipli YDM istifadəyə verdi

02.11.2023

"Xaliq Faiqoğlu" MMC-nin Xırdalan şəhərində yerləşən avtobus parkının ərazisində “Azpetrol Ltd” MMC tərəfindən istifadəyə verilmiş sayca 101-ci modul tipli yanacaqdoldurma məntəqəsini işə salmışdır .Yeni yanacaqdoldurma məntəqəsinin avtobus parkının ərazisində inşa edilməsində məqsəd "Xaliq Faiqoğlu" MMC-ə məxsus avtobusların dizel yanacağına olan tələbatını ödəməkdən ibarətdir. Məntəqədə iki yanacaq pompası quraşdırılıb. İstifadəyə verilən yeni yanacaq doldurma məntəqəsi əlavə dörd yeni iş yerinin yaranmasına şərait yaradıb. Azpetrol şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 101 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən atrıq yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir. Azpetrol – Daim inkişafa doğru! Əlaqə: 957