Azpetrol” şirkəti yenidənqurma işlərini yekunlaşdıraraq Babək -2 YDM –ni istifadəyə verdi

Azpetrol” şirkəti yenidənqurma işlərini yekunlaşdıraraq Babək -2 YDM –ni istifadəyə verdi

01.11.2023

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrində yenidənqurma işlərini bitirərək Babək -2 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 2276-77 ünvanında yerləşən məntəqəsini istifadəyə vermişdir. YDM ərazisində həmçinin sıxılmış təbii qaz postu (STQ), maye-qaz postu (LPG), elektromobillərin doldurulması, “Azpetrol” və bank kartlarına xidmət, bankomat, market və kafe xidmətləri də təklif olunur. Azpetrol şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 101 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən atrıq yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir. Azpetrol – Daim inkişafa doğru! Əlaqə: 957