“Azpetrol” şirkəti elektropompalarının sayını 20-yə çatdırdı

“Azpetrol” şirkəti elektropompalarının sayını 20-yə çatdırdı

22.08.2023

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, Strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma xidmətlərinin genişləndirilməsi və müştəri məmnüniyyətinin səviyyəsinin artırılması istiqamətində işləri davam edir. “Azpetrol” şirkəti, çoxsaylı müştəri müraciətləri, ölkədə, o cümlədən regionlarda elektromobillərinin sayının artmasını nəzərə alaraq, Gəncə-Mərkəz YDM, Qəbələ YDM və Mingəçevir-2 YDM ərazisində yeni elektropompaların quraşdırılmasını təmin edib. Bununla da, “Azpetrol” brendi altında fəaliyyət göstərən elektromobillərə xidmət məntəqələrinin sayı 20-yə çatdırılıb. Artıq 26 ildir Azərbaycanın yanacaqdoldurma bazarında fəaliyyət göstərən və liderlik mövqeyini möhkəmləndirən “Azpetrol” şirkətinin, əsas iqtisadi zonaları əhatə etməklə 100 yanacaqdoldurma məntəqəsi, o cümlədən, 6-sı regionlarda olmaqla, 20 elektromobillərin doldurulması məntəqəsi mövcuddur. Qeyd edək ki, regionlarda elektropompalar Şamaxı YDM (Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi), Kürdəmir - ASAN YDM (Kürdəmir rayonu, Şıxımlı kəndi), Səlyan YDM (Salyan rayonu, Çuxanlı Ə/VO Çuxanlı kəndi, Ələt-Astara-İran İslam Respublikası avtomobil yolu 47-ci km), Gəncə-Mərkəz YDM (Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsi), Qəbələ YDM (Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi), Mingəçevir-2 YDM (Yevlax rayonu, Havarlı kəndi) ərazilərində quraşdırılıb. Daha bir məntəqə isə Sumqayıt YDM (Sumqayıt şəhəri, Bakı-Quba yolu 30-cu kilometr) ərazisində fəaliyyət göstərir. Bakıya gəldikdə isə, elektromobillərə xidmət üçün 13 məntəqə quraşdırılıb: Qaradağ rayonu, Salyan şossesi 66-cı km; Qaradağ rayonu, Qaradağ qəsəbəsi, Puta mayakın Şimal Qərb hissəsi; Qaradağ rayonu, Salyan şossesi 15-ci km; Xətai rayonu, 8 Noyabr prospekti 1240-cı məhəllə; Nizami rayonu, Babək prospekti ev 2276-77; Nəsimi rayonu, Moskva prospekti, ev 1013-cü məhəllə; Yasamal rayonu, Həsənbəy Zərdabi 593; Nərimanov rayonu, Vaqif küçəsi 881-884-cü məhəllə; Ziya Bunyadov prospekti 3023-cü məhəllə; Nizami rayonu, Heydər Əliyev prospekti 105; Nizami rayonu, M.Əliyev küçəsi 2405-ci məhəllə; Nizami rayonu, Heydər Əliyev prospekti 170; Xəzər rayonu, Qala STQ; Qala qəsəbəsi, Aeroport-Mərdəkan dairəsi, avtomobil yolunun sağ tərəfi. Azpetrol – Daim inkişafa doğru!