"Azpetrol" Qaradağ rayonunda yeni yanacaqdoldurma məntəqəsini açdı.
15.07.201715 iyul 2017-ci il tarixində "Azpetrol" şirkəti Qaradağ rayonunda özünün yeni yanacaqdoldurma məntəqəsini açdı. Bu, “Azpetrol”un sayca 88-ci yanacaqdoldurma məntəqəsidir. Yeni məntəqənin açılışında Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak edirdilər. Məntəqənin açılışı zamanı Azpetrol şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd etdi ki, Şirkətimizin yeni yanacaqdoldurma məntəqəsinin bugünkü açılış “Azpetrol”un yaranmasının 20 illik yubileyinə düşdüyündən daha əlamətdardır. Belə ki, 15 iyul 1997-ci il tarixində Bakı şəhəri Tbilisi (indiki Moskva) prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılşı ilə fəaliyyətə başlayan "Azpetrol" həm beynəlxalq standartlara cavab verən müasir iş yerlərinin yaradılması, həm də mütərəqqi texnologiyalara əsaslanan operativ idarəetmə sisteminin qurulması baxımından respublika iqtisadiyyatna, xüsusilə də onun özəl sektoruna yeni nəfəs gətirən ilk şirkətlərdən oldu. "Аzpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyət göstərməsi Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda sahibkarlığın inkişafı və iqtisadiyyatın tərəqqisi sahəsində görülən işlərin nəticəsində mümkün olmuş və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Şirkətin Baş direktoru daha sonra vurğuladı ki, yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə müasir standartlara cavab verən, Avropanın qabaqcıl ölkələrində istehsal olunmuş elektron avadanlıqlarla, yanğından mühafizə, təhlükəsizlik və yanacağın keyfiyyətinə nəzarət sistemləri ilə təchiz edilmiş Neftbazası və yanacağın YDM və QDM-lərinə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə yanacaqdaşıyan maşınların Avtoparkı istismara verildi. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır. Şirkət 2001-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ sistemini tətbiq etmiş, 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının artdığını və 6500-dən yuxarı olduğunu, kartların sayı isə 100.000-dən yuxarı ötdüyünü nəzərə alaraq tərəfimizdən daha müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online” proqramının tətbiqinə başlanılmışdır. "Azpetrol" şirkəti özündə üç istiqaməti - keyfiyyəti idarəetmə sistemini (İSO -9001:2015), ətraf mühit idarəetmə sistemi (İSO – 14001:2015), İş sağlamlığı və əməyin təhlükəsizliyini (OHSAS – 18001:2007) əks etdirən birləşmiş sistemin tətbiqini nəzərdə tutan yeni inkişaf proqramını uğurla həyata keçirir. Hazırda “Azpetrol“un respublikamızın şəhər və rayonlarında 88 YDM və QDM-i fəaliyyət göstərir. Onların hesabına 3305 nəfərlik iş yeri yaradılmışdır. Bu gün isə yeni açılan yanacaqdoldurma məntəqəsində 48 nəfər daim iş yeriylə təmin edilmişdir. "Azpetrol" şirkəti bundan sonra da yanacaqdoldurma məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır. Belə ki, şirkət bu ilin sonunda Siyəzən rayonunda daha bir YDM-ni açacaq.