Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsi - “Azpetrol” 26 yaşını qeyd edir

Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsi - “Azpetrol” 26 yaşını qeyd edir

15.07.2023

Bu gün Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti uğurlu fəaliyyətinin 26-cı il dönümünü qeyd edir. Ötən illər ərzində şirkət böyük inkişaf yolu keçib və yanacaqdoldurma məntəqələrinin sayını məhz bu il, Azərbaycan xalqının Ümumilli liderinın 100-illiyi münasibəti ilə elan olunan “Heydər Əliyev” ilində 100-ə çatdırıb. “Azpetrol” brendinin möhkəmləndirilməsi və coğrafiyasının Qarabağa genişləndirilməsi, şirkətin Strateji inkişaf planının qısamüddətli prioritet istiqamətlərindəndir. Artıq Zəngilanda, Hadrutda, Suqovuşanda və Füzulidə “Azpetrol”-un modul tipli yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət Qarabağa “Böyük Qayıdış” planının tərkib hissəsindən olan məşğulluğun təmin edilməsi məsələsinə bununla öz tövhəsini vermiş olur. Qeyd edək ki, "Аzpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkün olmuş və respublikanın neft strategiyasının inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neft strategiyasının məqsədləri isə “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir. Azpetrol şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 100 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən atrıq yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir. “Azpetrol” Azərbaycanda ən iri işəgötürənlər siyahısındadır və hazırda şirkətdə 3300-dən yuxarı əməkdaş çalışır. Azpetrol - Daim inkişafa doğru!