8 Mart “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə şəhid xanımları və övladları üçün bayram tədbiri keçirilib.

8 Mart “Beynəlxalq Qadınlar Günü” münasibəti ilə şəhid xanımları və övladları üçün bayram tədbiri keçirilib.

08.03.2024

"Azpetrol" şirkəti, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda geden döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin şəhid olan şəxsi heyətinin xanımları və övladları üçün 8 Mart “Beynəlxalq Qadınlar günü” münasibəti ilə keçirilən tədbirdə iştirak edib. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən tədbir iştirakçılarına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib. Şəhid övladları üçün çay süfrəsi və maraqlı konsert proqramı təşkil olunub. Tədbirin sonunda “Azpetrol”şirkəti tərəfindən şəhid övladlarına xüsusi hədiyyələr tədqim edilib. Qeyd edək ki, tədbir saat 13:00 da “Azərsun” istirahət kompleksinin “Balıqlı göl” istirahət mərkəzində keçirilib.