12 dekabr -  Heydər Əliyevin anım günüdür

12 dekabr - Heydər Əliyevin anım günüdür

12.12.2023

Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür. “Azpetrol” şirkətinin rəhbərliyi və kollektivi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar. Daha sonra şirkətin rəhbərliyi oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar. Allah rəhmət etsin!