“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 95-ə çatdırdı

“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 95-ə çatdırdı

16.09.2022

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırmaqda davam edir. “Azpetrol” şirkəti təlabatın artması və təklifləri nəzərə alaraq, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yeni yanacaqdoldurma məntəqəsini istismara verdi. Yanacaqdoldurma məntəqəsinin açılışında “Azpetrol” şirkətinin Baş Direktoru Ceyhun Məmmədov, şirkətin əməkdaşları və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etdilər. Açılış mərasimi Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən Şəhidlik zirvəsinə ucalan hərbiçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. İstifadəyə verilən yanacaqdoldurma məntəqəsinin beynəlxalq əhəmiyyətli yolun üzərində yerləşməsi, sürücülərə xidmətlərimizin daha rahat və əlçatan olması siyasətinə uyğundur. Burada 9 post, 5 pompa quraşdırılıb, AI-92, Dizel və Premium markalı yanacaq növlərinin satışı, eləcə də, sürücülər üçün avtoyuma və kafe xidmətləri təqdim olunur. YDM ərazisində 29 iş yeri açılıb. Bununla da, “Azpetrol” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 95-ə çatdırıldı. Qeyd edək ki, yanacaqdoldurma məntəqələrinin sayının artırılması “Azpetrol” şirkətinin 25-illik yubileyi münasibəti ilə tərtib olunan Tədbirlər planına uyğun olaraq həyata keçirilir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 95 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir. Azpetrol – Daim inkişafa doğru! Əlaqə: 957