“Azpetrol” şirkəti növbəti dəfə mükafata layiq görülüb

“Azpetrol” şirkəti növbəti dəfə mükafata layiq görülüb

23.12.2020

2020-ci il dekabrın 23-də “Caspian European Club”da “Casipan Business Award - 2020” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. “Caspian European Club” da təşkil edilmiş mərasimdə ölkə iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə “Caspian Energy Award - 2020” beynəlxalq mükafatı təqdim edilib. Mükafat alanlar sırasında “Azpetrol” şirkəti də var. Belə ki, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyası üzrə “Azpetrol LTD” MMC “Caspian Business Award - 2020” mükafatına layiq görülüb. Azpetrol – daim inkişafa doğru!