Anım günü

Anım günü

12.12.2019

2019-cu il dekabrın 12-də “Azpetrol” şirkətinin rəhbərliyi və kollektivi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Onlar Ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla anıblar. Daha sonra “Azpetrol”un rəhbərliyi oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək onların üzərinə gül dəstələri qoyub. Allah rəhmət eləsin!